İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...

Tanınmış idmançı Kamil Zeynallının şəxsi həyatı ilə bağlı məlumat diqqət çəkib.

Milli.Az xəbər verir ki, fitnes məşqçisi olan oğlu ilə birgə verilişə qatılan anası Sahilə xanım atası ilə onun münasibətlərindən danışıb.

"Kamil ilə atasının arasına girməmişəm. Münasibətlərinin yaxşı olmasını istərdim. Bu qərarı Kamil özü verib. Dedi ki, atam mənim üçün yoxdur. Əsgərlikdən gələndən sonra atası ilə görüşə getdi, amma atası oğlunu qəbul etmədi. O, birdəfəlik atasının üstündən xətt çəkdi.

Universiteti bitirəndə gördüm ki, sənədlərdə soyadına mənim soyadımı, ata adı yerinə də babasının adını yazıdırıb. Oğlum ağır həyatı keçirib, bir qarnı tox, bir qarnı ac böyüyüb. Camaat bayram edib, kabab çəkəndə, bizə vermədikləri üçün Kamil ağlayırdı. Bunlar ürəyimə dağ olub. Şükür ki, Kamilin indi hər şeyi var. Allah onu qəlbinə görə mükafatlandırdı".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR