İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın ədliyyə naziri: “Saakaşviliyə həmişə adekvat tibbi yardım göstəriləcək”

“Mixeil Saakaşviliyə həmişə adekvat tibbi yardım göstəriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçmiş prezidentin sağlamlıq durumu ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, eks-prezidentin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə qarşı böhtan kampaniyası aparılır: “Saakaşvilinin ona gündəlik olaraq baş çəkənlərlə görüşmək hüququ var. Məhbus gündə üç dəfə yeməklə təmin olunur, onun həbsxana mağazasından yemək almaq, bağlamalar əldə etmək hüququ da var. Ona görə də onun ac qaldığını söyləmək həqiqətə uyğun deyil”.

Nazir M.Saakaşvilinin bütün lazımi dərmanlarla təmin olunduğunu bildirib.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. Onun hazırkı sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları onun müalicə üçün xaricə göndərilməsini tələb edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR