İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda daha bir istefa

Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze baş nazir İrakli Kobaxidzenin Aİ ilə danışıqların başlanması məsələsinin dondurulması ilə bağlı bəyanatından sonra istefa verib.

Musavat.com APA-ya istinadən bildirir ki, bu haqda o öz "X" hesabında məlumat verib.

"Mən Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verdim. Demək olar ki, iyirmi ilə yaxındır ölkəmin milli maraqlarına xidmət etmək, onun Avro-Atlantik bölgəyə inteqrasiyasını təşviq etmək, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq mənim üçün böyük şərəfdir. Mən Gürcüstanın Avropa gələcəyinə sadiq qalıram!", - deyə o bildirib.

Qeyd edək ki, Maisuradze ölkənin istefa verən altıncı diplomatı olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR