İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: Ukrayna atəşkəs müqaviləsi çərçivəsində ərazilərin itirilməsini tanıya bilər

Fransa prezidenti Emmanuel Makron Ukraynanın mümkün sülh və ya atəşkəs razılaşması fonunda ərazilərin itirilməsi faktını qəbul edə biləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, dövlət başçısı bu məsələ ilə bağlı fikirlərini Fransanın “Le Point” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Kiyev bu ərazilərin başqa dövlətin suverenliyi altında olduğunu qəbul etməsə də, onların hərbi yolla itirildiyini tanıya bilər.

“Bu, beynəlxalq hüquqa zidd deyil, amma çox ciddi güzəştdir”, – Makron vurğulayıb.

Fransa lideri əlavə edib ki, Ukrayna üçün əsas məsələ ərazilərin kimə məxsus olduğu ilə bağlı siyasi mövqedən çox, ölkənin təhlükəsizliyi və gələcək inkişafı ilə bağlı real zəmanətlərdir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR