Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Ankoric şəhərində keçirilən danışıqlar zamanı üzərində “SSRİ” yazısı olan sviterdə hoteldə görünüb. Prezident Vladimir Putin Alyaskaya səfəri zamanı onu müşayiət edən Sergey Lavrovu “imperialist” adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə jurnalisti Pavel Zarubin bildirib.
Zarubin həmçinin ABŞ və Rusiya liderlərinin iştirakı ilə baş tutan danışıqlardan görüntüləri yayımlayıb.
Görüntülərdə tərəflər danışıqlar başlamazdan əvvəl oturub rahat söhbət edirlər.
ABŞ Dövlət katibi Marko Rubio Lavrovun köynəyini tərifləyəndə Putin soruşur:
“Bu işarədir? Sizə hədiyyə edəcək?”
Rusiyalı nazir isə bildirir ki, Rubio böyük ehtimalla ABŞ-a gələn zaman geydiyi “SSRİ” yazılı sviteri nəzərdə tutub. Bu zaman Putin Lavrova işarə edərək zarafatla onu “imperialist” adlandırıb.
Musavat.com
22 Avqust 2025
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ