Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna müharibəsində rusların itkiləri barədə danışıb. Onun sözlərinə görə, təkcə son bir ayda 20 minə qədər rus əsgəri həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton hazırda iki müharibə aparan dövlətin mövqeləri arasında orta nöqtə tapmağa çalışır.
“Düşünürəm ki, bu müharibədə bir ayda 20 min rus əsgəri həlak olub. Ukraynalılar ruslara çox böyük ziyan vurublar”, – deyə Rubio bildirib.
O əlavə edib ki, iki tərəf arasında barışıq məsələsi mürəkkəbdir, lakin ABŞ bunun üzərində işləməkdən vaz keçməyəcək.
“Bu, çətin məsələdir, lakin biz bunun üzərində işləməyə davam edəcəyik, çünki prezident heç vaxt baş verməməli olan müharibəni dayandırmağa çalışmağı prioritet hesab edir”, – dövlət katibi yekunlaşdırıb.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ