İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Makronun açıqlamasına sərt cavab verdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun “Rusiya guya Ukraynaya kapitulyasiya təklif edir” fikirlərinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Zaxarova bu bəyanatı “aşağı səviyyəli yalan” adlandırıb. Onun sözlərinə görə, Rusiya 7 il ərzində münaqişənin Minsk sazişləri çərçivəsində dinc yolla həllini dəstəkləyib, əksinə isə Fransa Ukrayna siyasətçilərini “maydanlara” və çevrilişlərə sövq edib.

“Əslində kapitulyasiyanı Ukraynaya təklif edənlər, ona illərlə “döyüş meydanında qələbə” xülyasını təlqin edənlərdir. Onlar yaxşı bilirdilər ki, bu mümkün deyil. Silah verib terror aktlarına sövq edənlər, yalan və saxta vədlərlə ukraynalıları aldadanlar — ilk növbədə elə Makronun özü idi”, – deyə Zaxarova vurğulayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR