Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Musavat.com zakon.kz-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Qəzaların Araşdırılması Departamentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, uçuşu zamanı yüngül mühərrikli "Aerostar R40F UP-LA229" təyyarəsi qəzaya uğrayıb. Aviasiya qəzalarının araşdırılması qaydalarına uyğun olaraq, komissiya yaradılıb.
Məlumata görə, qəza nəticəsində bir pilot və bir sərnişin ölüb. Uçuşun özəl reys olduğu bildirilir.
Musavat.com
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ