İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda 21 yaşlı hərbi qulluqçu İNTİHAR ETDİ

Gürcüstanın Senaki bələdiyyəsindəki hərbi bazada 21 yaşlı hərbi qulluqçu Coni Axalayanın meyiti aşkarlanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Coni Axalayanın avtomatı ilə özünü vuraraq intihar etdiyi məlum olub.

Qeyd olunub ki, hadisəni videomüşahidə kameraları qeydə alıb. Görüntülərdə faciəvi insident zamanı hadisə yerində yalnız C.Axalayanın olduğu görünür.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi üzrə istintaqa başlanılıb.

Nazirlik faciəvi hadisə ilə bağlı hərbçinin yaxınlarına başsağlığı verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR