İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcü deputatın evində ölü tapılması ilə bağlı detallar açıqlandı

Gürcüstan parlamentinin hakim "Gürcü Arzusu" partiyasından olan deputatı İrakli Xaxubianın qəfil ölümü ilə bağlı detallar açıqlanıb.

Musavat.com APA-ya istinadən bildirir ki, deputatın ölümü ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Cinayət Məcəlləsinin 115-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başladıb.

Məlumata görə, deputatın meyiti bu gün səhər ailə üzvləri tərəfindən tapılıb. Hadisə yerində, həmçinin odlu silah aşkarlanıb.

Deputatın meyiti tibbi-ekspertizaya göndərilib və evi sarı lentlə əhatəyə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR