İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Şalvarın çıxarılması ilə bitən hücum

Bu şəkil bu gün İsraildə çəkilib. Şəkildə görünən, asfalta döşəli olanlar Qəzza sektorundan İsrailin yaşayış məntəqələrinə hücum etmiş HAMAS döyüşçüləridir. Ayaq üstə duranlar isə İsrail hərbçiləridir.

İkincilər birinciləri kəskin müqavimətdən sonra hansısa bir küncə sıxışdırıblar və diri olaraq ələ keçiriblər.

Göründüyü kimi, kişi və qadın olmasına baxmayaraq, əsir götürülənlərin hamısının şalvarı əyinlərindən çıxarılıb.

Bu nə deməkdir? Təhlükəsizlik mülahizəsi (paltarın altında partladıcı maddə və ya kəsici-deşici alət olması ehtimalı) ilə bağlıdır, yoxsa qətl törətmiş, amma güllələlənmədən əsir düşmüş terrorçuları heç olmasa bu cür cəzalandırmaq (şəxsiyyətlərini alçaltmaqla) cəhdidir?

Ya da İsrail bu foto ilə göstərmək istəyir ki, ona hücum edənin axırı budur.

HAMAS döyüşçülərinin yaydıqları videolar isə daha biabırçı idi. Onlar əsir götürdükləri kişiləri döyə-döyə, küçədə sürüyə-sürüyə, kütlə tərəfindən linçə məruz qoya-qoya aparır, bəzilərini isə elə o cür də öldürürdülər. Hətta ələ keçirilən israilli qadınları az qala aparıldıqları nəqliyyat vasitəsinin üstündə zorlayacaqlarmış kimi görünürdülər.

photo_2023-10-07_20-00-06.jpg (95 KB)

Onunla müqayisədə düşmənin şalvarını çıxarmaq humanist hərəkətdir. 

Ancaq qəribə olan odur ki, terrorçular bir günün içində bu və daha betər vəziyətə düşə biləcəklərini öncədən düşünə bilməyiblərmi? Onlar dəfələrlə bu cür aqibətlər yaşayıblar. İsrail türmələri belə terror aktları həyata keçirmiş gənclərlə doludur.

Hələ küçələrdə HAMAS döyüşçülərini alqışlayanlar, onların ilk həmlələrinin uğurlu alınmasından eyforiyaya qapılanlar vardı, çığırışa-çığırışa ora-bura qaçışır, atılıb-düşürdülər. 

İndi İsrailin təşəbbüsü ələ aldığı, əks-hücuma keçdiyi bildirilir, bir azdan eyforiyaya qapılanlar dərin məyusluğa qərq olacaqlar. 

Tarixdə isə əvvəli uğurlu olan, sonu uğursuz gələn əməliyyatl əks etdirən bu fotolar qalacaq.

photo_2023-10-08_00-09-50.jpg (249 KB)

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR