İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Tayvan ətrafında hərbi təlimlərə başladı: Bütün növ hərbi qüvvələr qatılıb...

Çin ordusu Tayvan ətrafında hərtərəfli hərbi təlimlər keçirməyə başlayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, məlumatı Çin Xalq Azadlıq Ordusunun (AXO) Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Şi Yi hərbi dairənin WeChat sosial şəbəkəsindəki səhifəsində açıqlayıb.

Bildirilir ki, təlimlərdə quru və raket qüvvələri, donanma və hava qüvvələri iştirak edir: "Bu, ciddi xəbərdarlıqdır və Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr üçün güclü bir maneədir".


Çin Sahil Mühafizəsi gəmilərinin çoxsaylı birləşmələri təlimlər çərçivəsində Tayvan ətrafında gözətçilik edir: "Aprelin 1-də bir neçə sahil mühafizə gəmisi Tayvan adasının ətrafındakı sularda hüquq-mühafizə xarakterli gözətçilik edib".

Çin rəsmiləri iddia edirlər ki, patrullar "Tayvan adasın üzərində nəzarəti təmin etmək üçün vahid Çin prinsipi əsasında həyata keçirilən praktiki hərəkət"dir, çünki "Tayvan Çinin bir əyalətidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR