Onlayn ictimai-siyasi qəzet
Yaponiyada “Meqazəlzələ” 300 minə yaxın insanın həyatına son qoya bilər.
Musavat.com xəbər verir ki, bu barədə Yaponiya hökuməti xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilir ki, Nankay qırılma zonasında baş verə biləcək təbii fəlakət 298 min insanın həyatına son qoya və ölkə iqtisadiyyatına 1,81 trilyon dollara qədər ziyan vura bilər.
Rəsmilər "meqazəlzələ"nin 8-9 bal gücündə ola biləcəyini və afterşoklardan sonra şərq sahillərində hündürlüyü 3 m-dən çox olan sunaminin baş verə biləcəyini bildirir.
Alimlərin hesablamalarına görə, bu təbii fəlakət növbəti 30 il ərzində baş verə bilər, lakin dəqiq tarix məlum deyil.
İqbal RZAYEV,
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ