Onlayn ictimai-siyasi qəzet
Yel Universitetinin (ABŞ) mütəxəssisləri şəhər sakinləri arasında qəfil ürək tutmalarının əsas səbəbini müəyyən etdiklərini bildiriblər.
Məlum olub ki, onlar qəfil infarktların əsas səbəblərindən birinin çirkli havada bol olan ultraincə hissəciklər olduğunu müəyyən ediblər.
Elmi iş çərçivəsində tədqiqatçılar Almaniyanın Auqsburq şəhərində baş vermiş ölümcül olmayan miokard infarktı halları haqqında məlumatları təhlil ediblər. Ümumilikdə 5898 belə epizod aşkarlanıb. Bundan əlavə, həftənin günü və şəxsin sosial statusu nəzərə alınıb.
Alimlər müəyyən ediblər ki, kiçik ölçülərinə görə (100 nanometrdən az) bu çirklənmiş maddələr insan qanına sürətlə nüfuz edir və ürək çatışmazlığına səbəb olur. /lent.az
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ