Onlayn ictimai-siyasi qəzet
"Amerika və ya İsrail hücum edərsə nüvə silahına əl atacağıq".
Musavat.com xəbər verir ki, bu sözləri ölkə televiziyasına İranın ali rəhbərinin müşaviri Əli Laricani deyib.
"Əgər ABŞ və ya İsrail “nüvə məsələsi bəhanəsi ilə” İrana hücum edərsə, biz nüvə silahı istehsalına doğru irəliləmək məcburiyyətində qalacağıq" , - deyə Laricanı qeyd edib.
Laricani belə bir qərarın “xalqın təzyiqi və müdafiə ehtiyacı” səbəbindən məcburiyyət altında veriləcəyini iddia edib.
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ