İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti Rasim Balayev ABŞ-yə GETDİ - FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev artıq 10 gündür ki, Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Bu barədə Real TV-nin ABŞ üzrə xüsusi müxbiri Kamran Qasımov Musavat.com-a bildirib.

Səfər çərçivəsində martın 21-də San-Xosedə Azərbaycan diasporunun təşkil etdiyi Novruz bayramı tədbirinə qatılan tanınmış aktyor burada çıxış da edib.

Rasim Balayev bildirib ki, bu, onun Kaliforniya ştatına 34 ildən sonra ilk səfəridir. O, ABŞ-a sonuncu dəfə 1991-ci ildə gedibmiş.

Xalq artisti uzun fasilədən sonra yenidən Kaliforniyaya səfər etməyin onda dərin təəssüratlar yaratdığını deyib. O, xüsusilə şəhərlərin keçirdiyi dəyişikliklər və inkişafdan danışıb, buradakı mühitin tamamilə yenilənmiş görkəm aldığını bildirib.

Rasim Balayev Los-Ancelesdə də bir sıra maraqlı məkanları ziyarət edib. O, Hollivudun məşhur “Walk of Fame” xiyabanında, “Oscar” Muzeyində və “Oscar” mükafatlarının təqdim edildiyi kino salonlarından birində olub.

Səfər çərçivəsində xalq artistinin ABŞ-da yaşayan Azərbaycan diaspor nümayəndələri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Bu görüşlərdə Rasim Balayev təkcə şəxsi təcrübələrindən deyil, eyni zamanda Azərbaycanda kino sənayesinin bugünkü vəziyyəti, problemləri və gələcək imkanları haqqında da danışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR