Onlayn ictimai-siyasi qəzet
Bu fotoların lentə alınması arasında 88 il fərq var.
Üstdəki foto 1936-cı ildə, Hitlerin dünya müharibəsinə hazırlaşdığı, almanları dünyanın ağası etmək istədiyi dövdə çəkilib.
Altdakı foto isə günümüzdə Rusiyada, Ukraynada qanlı müharibə aparan, Putinin postsovet məkanında rus ağalığını bərpa etmək istədiyi dönəmdə lentə alınıb.
Birinci foto Almaniyada təşkil olunan olimpiadada alman idmançıların böyük bir xoreoqrafiya ilə nasist svastikası əmələ gətirmələrini əks etdirir.
İkinci foto isə rus xizəkçilərin Ukraynaya hücum zamanı populyarlaşan, hansısa məna ilə simvollaşdırılmış Z işarəsini görüntüləyir.
Bu şəkilləri alt-üst qaydada birləşdirənlər ona işarə edirlər ki, 1936-cı ildə Almaniyanı idarə edənlər hansı düşüncədə olublarsa, günümüzdə Rusiyanı idarə edənlər də elə düşünürlər.
Bəşəriyyət 88 il əvvəl olduğu kimi, hələ də "böyük dövlət", "imperiya" qurmaq və başqa xalqları əsarət altında saxlamaq istəyən hökmdarların hüdudsuz ambisiyasından əziyyət çəkir.
Bu rəmzlər insanlığa böyük faciələr yaşadıb və yaşatmaqdıdr.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ