Onlayn ictimai-siyasi qəzet
Bu fotoşəkil dünən Cənubi Koreyada çəkilib.
Mülki insanlar ölkədə fövqəladə vəziyyət elan etmiş prezident Yun Sok Yolun bu qərarına etiraz edirlər.
Biz ieroqliflərlə yazılmış şüarlarda hansı tələblərin əks olunduğunu bilmirik, amma mətbuatda gedən açıqlamalarda deyilir ki, onlar prezidentdən öz fərmanını ləğv etməsini tələb edirlər.
Bu şəxslərin fikrincə, Cənubi Koreyada fövqəladə vəziyyət elan edilməsi, hərbi rejim tətbiq olunması üçün heç bir ciddi səbəb yoxdur.
Doğrudan da nə Cənubi Koreyanın hansısa əyalətində dağıdıcı təbii fəlakət baş verib, nə də ölkə xarici aqressiyaya məruz qalıb. Heç meydanlarda kütləvi iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları da keçirilmir, FV rejimi nəyə görə bərqərar edilməlidir?
Bu insanların fikrində prezidentin deputatlar tərəfindən tənqid edilməsi, onun barəsində impiçment prosedurunun başladılması tələbi qaldırmaları fövqəladə vəziyyət rejimi tətbiq etməyə əsas vermir.
Bunun adı xalqın dirənişidir. Ona görə də prezident Yun Sok Yol öz fərmanını ləğv etməli oldu. Onun əmri ilə hərbçiləri və hərbi texnikanı küçəyə çıxarmış, inzibati binaları bloklamağa çalışmış müdafiə naziri Kim Yon Hyon istefa verməli olub.
Ondan əvvəl isə prezident adminstrasiyanın əməkdaşları və prezident Yolun müşaviri istefa vermişdi. Bu adamlar onun qanunsuz əmrlərinə tabe olaraq xalqın iradəsi əleyhinə getmək istəmədiklərini bildiriblər.
Böyük ehtimalla Yun Sok Yol da vəzifəsindən kənarlaşdırılacaq.
Musavat.com
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ