Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin texniki səbəblərdən gecikən Bakı-Naxçıvan istiqamətində J2-261 nömrəli reysinin sərnişinləri başqa təyyarə ilə yola salınıb.
AZAL-dan Musavat.com-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 09.15-də Naxçıvana yola düşüb.
****
Bakıdan Naxçıvana uçan təyyarə texniki səbəblərdən gecikir.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin 1 aprel tarixli J2261 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.
Bildirilib ki, yaranan nasazlıq səbəbindən sərnişinlər təyyarədən düşürülərək təkrar gözləmə zalına qaytarılıblar. Ayrılan başqa təyyarə ilə gecikən reysin sərnişinləri yaxın saatlarda Naxçıvana yola düşəcəklər."Report"
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ