Onlayn ictimai-siyasi qəzet
Keçmiş millət vəkili Gülər Əhmədova Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun Ramiz Mehdiyevlə bağlı əlaqələrinə dair paylaşım edib.
Musavat.com xəbər verir ki, paylaşımda Abel Məhərrəmovu “Ramiz Mehdiyevin kölgəsində milyarder olan elm adamı, akademik…” adlandıran Gülər Əhmədova sensasion faktları açıqlayıb.
O bildirib ki, əslən Amasiya rayonundan olan akademik Abel Məhərrəmov “Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz” deyərək hələ 2020-ci ildə R. Mehdiyevə yaxın olduğunu onun nəvəsinin toy mərasimində təsdiq etmişdi.
“Bəli, Ramizə hələ daha çox tərif yağdırmalıydı. Çünki onun sayəsində 50-yə yaxın mükafata, o cümlədən, 1999-cu il – “Yusif Məmmədəliyev adına medal”ı ilə təltif edilmişdi.
Əhmədova daha sonra A. Məhərrəmovun aldığı mükafatların siyahısını yayıb:
11 fevral 2000-ci il – “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
2000-ci il – Elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) “Qızıl medal”ına layiq görülmüşdür.
2001-ci il – Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.
2002-ci il – “İlin islahatçı rektoru” nominasiyası üzrə qalib olmuşdur.
2003-cü il – “İlin rektoru” seçilmişdir.
2004-cü il – “Azərbaycanın tanınmış alimləri” beynəlxalq müsabiqəsinin qalibi olmuş, “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif olunmuşdur.
2004-cü il – Rumıniyanın Komandor dərəcəli ali “Qızıl ulduz” ordeni ilə təltif olunmuşdur.
2005-ci il – İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “Dünyanın aparıcı təhsil xadimi” seçilmişdir.
2007-ci il – Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə “Qızıl buta” mükafatına layiq görülmüşdür.
2007-ci il – “Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur.
2008-ci il – Rumıniya Respublikasının Ovidius Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.
2008-ci il – “Azərbaycan Ədliyyəsinin 90 illiyi” xatirə medalı ilə təltif olunmuşdur.
2009-cu il – “Rusiyanın Həmkarlar İttifaqının 100 illiyi”nə həsr olunmuş yubiley medalı ilə təltif olunmuşdur.
30 oktyabr 2009-cu il – “Şöhrət” ordeni ilə təltif olunmuşdur.[6]
2009-cu il – “Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 90 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.
2010-cu il – “Avrasiyada əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi töhfələrə görə” Avrasiya Universitetlər Assosiasiyasının medalı ilə təltif edilmişdir.
2010-cu il – Qazaxıstan Respublikasının L. N. Qumilyov adına Avrasiya Milli Universitetinin Fəxri doktoru adı verilmişdir.
2010-cu il – Krım Mühəndis Pedaqoji Universitetinin Fəxri professoru seçilmişdir.
2010-cu il – Amerika Bioqrafiya İnstitutu tərəfindən “Qızıl medal”la təltif edilmişdir.
2010-cu il – “ECO-2010” Gənclər Koalisiyasının “Ekologiyanın Dostu” milli mükafatı verilmişdir.
2010-cu il – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.
2011-ci il – Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin “Şərəf və Vicdan” Avropa ordeni ilə təltif olunmuşdur.
2011-ci il – Rumıniyanın Təhsil, Araşdırma, Gənclər və İdman Nazirliyi tərəfindən Ovidius Universitetinin 50 illik yubileyinə həsr edilmiş diplomla təltif edilmişdir.
2011-ci il – Qazaxıstan Respublikasının L. N. Qumilyov adına Avrasiya Milli Universiteti tərəfindən “Avrasiyanın fəxri” medalı ilə təltif edilmişdir.
2011-ci il – Avrasiya Universitetlər Assosiasiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur.
2011-ci il – Qanunvericilikdə turizmin inkişafına verdiyi dəstəyə görə “Turizmə dəstək” Gənclər Koalisiyası tərəfindən “Turizm-2011” mükafatı ilə təltif edilmişdir.
2012-ci il – İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən “Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”na layiq görülmüşdür.
2012-ci il – Çin XR Mərkəzi Millətlər Universitetinin Azsaylı millətlərin dili və ədəbiyyatı İnstitunun Fəxri professoru seçilmişdir.
2012-ci il – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu ilə təltif edilmişdir.
2012-ci il – Yaponiyanın Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.
2013-cü il – Avropa elmi-sənaye palatasının “Qızıl medal”ı və diplomu ilə təltif edilmişdir.
2013-cü il – “Azərbaycan Həmkarlar Konfederasiyasının 20 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
2013-cü il – Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Zəfər” yüksək idman nailiyyətləri mükafatı ilə təltif olunmuşdur.
2014-cü il – Albaniya Respublikasının Tirana Texniki Universitetinin Fəxri doktoru adı verilmişdir.
2015-ci il – M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adı verilmişdir.
2015-ci il – Rusiya Federasiyası İstintaq Komitəsinin “Dəstəyə görə” medalı və “Böyük Vətən müharibəsində qələbənin 70 illiyi”nə həsr olunmuş xatirə medalı verilmişdir.
2015-ci il – “Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin inkişafındakı xidmətlərinə görə” diplomu, “Qızıl medal”ı və Beynəlxalq Dostluq Klubunun Fəxri üzvü diplomu verilmişdir.
2015-ci il – Qazaxıstan Respublikasının İdman və Mədəniyyət Nazirliyinin “Qazax xanlığının 550 illik yubileyi”nə həsr olunmuş diplomu ilə təltif olunmuşdur.
2016-cı il — “Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə” qızıl medal ilə təltif olunmuşdur.
2017-ci il — “Azərbaycan elminin inkişafındakı böyük roluna, elm və təhsilin inkişafında müstəsna xidmətlərinə görə” Beynəlxalq “Mahmud Kaşqari” mukafatına və medalına layiq görülmüşdür.
2017-ci il — “Türk dövlətlərinin elmi əməkdaşlığının inkişafında səmərəli xidmətlərinə görə” Ümumdünya Türk Xalqları Assambleyasının qərarı ilə “Qızıl medal”a layiq görülmüşdür.
2017-ci il – Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə “Aşıq Şəmşir” İctimai Birliyi tərəfindən Dədə Şəmşir diplomu ilə təltif olunmuşdu. layiq görülmüş, 19 il BDU-nun rektoru olmuşdu.
“Arada yanan kasıb ailələrin tələbə balaları olub. Yadınıza gələr, 2014-cü ildə IV kurs tələbəsi Ramilə Kiçiyeva imtahan verdiyini, lakin kəsildiyini, bunun əvəzində ondan 70 manat məbləğində rüşvət istənildiyini deyib və buna görə də Abel Məhərrəmovun onu məhkəməyə verdiyi xəbərləri mediada manşet oldu. Amma rüşvətin var olduğunu tək Ramizə demirdi, bütün Azərbaycan bilirdi.
İndi sabah A. Məhərrəmov da Misir Mərdanov kimi çıxıb desə ki, Ramiz Mehdiyev bizə qarşı əzazillik edib, İnanmayın!
Çünki Abelin arxasında Ramiz durmasaydı bu qədər sərvət toplaya bilməzdi.
Əhmədova A. Məhərrəmovun varidatının siyahısını da paylaşımına əlavə edib:
Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:
Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:
“Hələ də düşünürəm ki, bu adamlarda hansı xüsusiyyət vardı ki, Ramiz Mehdiyev onları düz 30 ildir qoruyub?” – deyə G. Əhmədova fikrini yekunlaşdırıb.
Musavat.com
23 Oktyabr 2025
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ