İnsanlara hürriyət, millətlərə istiqlal!

Gərginlik artdı, Aİ "HAZIRIQ" dedi - ŞOK XƏBƏRDARLIQ

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Avropa Şurası adından Kosovoda baş verən son münaqişələrlə bağlı xəbərdarlıq çağırışı edib.

Musavat.com xəbər verir ki, bəyanatda aşağıdakılar yer alıb:

“Avropa İttifaqı Kosovonun şimalında vətəndaşlara, KFOR qoşunlarına, hüquq-mühafizə orqanlarına və mediaya qarşı zorakılıq aktlarını qəti şəkildə pisləyir. Zorakılığın qarşısı alına bilərdi və gələcəkdə də qarşısını almaq lazımdır.

Avropa İttifaqı öz vəzifələrini yerinə yetirməkdə NATO-nun KFOR missiyasının və Aİ-nin EULEX missiyasının arxasında dayanır. Biz həm Kosovonu, həm də Serbiyanı gərginliyi azaltmaq üçün dərhal və qeyd-şərtsiz tədbirlər görməyə, bölücü ritorikadan istifadə etməyi dayandırmağa və razılaşdırılmamış növbəti hərəkətlərdən çəkinməyə çağırırıq. Sakitlik təcili təmin olunmalıdır.

Avropa İttifaqı qətiyyətli tədbirlər həyata keçirməyə hazırdır. Gərginliyin azalmaması mənfi nəticələrə gətirib çıxaracaq”.

Bəyanatda Kosovonun şimalında bələdiyyə binaları ətrafında polis əməliyyatlarının dərhal dayandırılması tələb edilib:

“Bələdiyyə sədrləri müvəqqəti olaraq bələdiyyə binaları xaricindəki binalarda öz vəzifələrini yerinə yetirməlidirlər. Hər dörd bələdiyyədə erkən seçkilər mümkün qədər tez elan edilməli və seçkilər tam əhatəli şəkildə keçirilməlidir. Kosovo serblərinin bu seçkilərdə iştirakını gözləyirik”

Qeyd edək ki, mayın 26-da Kosovonun şimalındakı bələdiyyələrdə serblərlə polis arasında gərginlik yaranıb. Serblərin sıx yaşadığı Kosovonun Strpce şəhərində bələdiyyələrdə albanlar üstünlük təşkil edir. Bu həmin bələdiyyə ərazisində yaşayan serblərin etirazına səbəb olub. Bu gərginlik NATO-nun Kosovo Sülh Qüvvələrinin (KFOR) 30 əsgərinin yaralanmasından sonra daha da artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR