Onlayn ictimai-siyasi qəzet
“Dövlət Sərhəd Xidməti COP29 tədbiri üçün qarşıya qoyulan bütün vəzifə və tapşırıqları yerinə yetirməyə tam hazırdır. Artıq COP29-la bağlı hazırlıq işləri başa çatdırılıb”.
Musavat.com xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyev media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.
Onun sözlərinə görə, texniki təchizat məsələləri yekunlaşıb:
“Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tam hazırdır. Bununla əlaqədar 28 oktyabr 2024-cü ildə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında vəziyyətlə yerində tanış olub. Tədbirin keçirilməsi ərəfəsində sərhəd nəzarətinin komandanlığının rəhbər heyəti ilə xidməti müşavirə keçirilib. Aidiyyəti üzrə tapşırıqlar verilib”.
Şahanə Rəhimli
Musavat.com
01 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ