Onlayn ictimai-siyasi qəzet
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Səbuhi Abbasov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 38 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ