Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək. Musavat.com xəbər verir ki, məlumatı “Al Mayadeen” telekanalı mənbələrə istinadən yayıb.
Onların məlumatına görə, “danışıqlarda məsələnin siyasi tərəfi diqqət mərkəzində olacağından” nümayəndə heyətinə müfəttişlər daxil olmayacaq. Gözlənilir ki, tərəflər “agentliklə əməkdaşlığın dayandırılması ilə bağlı parlamentin qəbul etdiyi qanunun icra mexanizmlərini müzakirə edəcəklər”.
İyulun 2-də İran prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb. İyulun 22-də İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran gələcəkdə agentlik müfəttişlərinin öz ərazisinə qayıtma ehtimalını istisna etmir. İyulun 25-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi yaxın həftələrdə MAQATE nümayəndə heyətinin ölkəyə səfərinə hazırlıq barədə məlumat verib.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ