İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə saatlarında DƏHŞƏTLİ XƏBƏR GƏLDİ: Sürücü yanaraq öldü - VİDEO

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Alar kənd sakini 1991-ci il təvəllüdlü Elşən Cəlal oğlu Həbiyev idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan “KamAz” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Mercedes-Benz” yanıb, sürücü aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə hissəsinin texnikası cəlb olunub. Yanan avtomobil söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR