İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Xamneinin səhhəti haqda məxfi məlumat toplayır - ŞOK DETALLAR

“Strateji tərəfdaşlıq haqqında sazişə baxmayaraq, Rusiya və İran bir-birləri haqda casus məlumatları toplayır”.

Musavat.com xəbər verr ki, bunu “The Insider” Federal Təhlükəsizlik Xidmətinin məxfi sənədlərinə istinadən məlumat yayıb.  Bildirilir ki, Moskva və Tehran üzdə əməkdaşlıq nümayiş etdirsələr də, əslində bir-birlərinə inanmırlar, bu səbəbdən də  kəşfiyyat fəaliyyətini aktiv şəkildə davam etdirirlər.

Moskvadakı səfirliyin diplomatik pərdəsi altında fəaliyyət göstərən İran kəşfiyyatı xüsusilə Rusiyanın hərbi və kosmik texnologiyaları ilə maraqlanır. Əməliyyatlar diplomatik nümayəndə heyətləri çərçivəsində həyata keçirilir - İran nümayəndələri mütəmadi olaraq Rusiyanın elmi-tədqiqat institutlarına və müdafiə sənayesi müəssisələrinə baş çəkirlər. Belə səfərlər zamanı rusiyalı mütəxəssisləri məxfi əməkdaşlığa cəlb etmək cəhdləri də olur. Xüsusilə, söhbət aerokosmik, elektron və nüvə sferasında məxfi məlumatlara çıxışı olanlardan gedir. Onları pul, qrantlar, xarici müqavilələr vədləri ilə şirnikləndirirlər. 

346962356984797.jpeg (123 KB)

Bundan başqa, İran Rusiyanın müsəlman icmasında ideoloji iş aparır, İslamın şiə istiqamətini təbliğ edir və öz təsir mərkəzlərini formalaşdırır. Bu, Rusiya xüsusi xidmət orqanlarını daha ciddi narahat edir. “The İnsider” FTX-nın 2024-cü il üçün sənədlərinə əsasən bildirir ki, Rusiya da İranın İnformasiya Nazirliyi və digər informasiya orqanlarında agent şəbəkəsi yaratmağa cəhd edir. İranın daxili siyasəti, o cümlədən Ayətullah Xameneinin səhhəti və onun yerinə mümkün namizədlər barədə məlumatların toplanmasına xüsusi diqqət yetirilir.

335515.jpg (41 KB)

Moskva İran tərəfinin Rusiya texnologiyalarına, xüsusən də hərbi və nüvə sferasına çıxış əldə etmək, eləcə də  dövlət sirlərinə çıxışı olan mütəxəssisləri şirnikləndirmək cəhdlərini diqqətlə izləyir. İdeoloji təsirə də az diqqət yetirilmir: xüsusi xidmət orqanları İranın dini icmalar daxilində təsirinin güclənməsindən ehtiyat edərək Rusiyada şiə təbliğatının yayılmasına nəzarət etməyə çalışırlar.

Rusiya İranla sıx yaxınlaşmasına baxmayaraq, İsraillə, xüsusən də  Xarici Kəşfiyyat Xidməti vasitəsilə əməkdaşlığı davam etdirir. Bunu “The Insider”in hərbi əks-kəşfiyyatdakı mənbələri də təsdiqləyir.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR