İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp və Netanyahu Qəzzada müharibənin dayandırılması planı barədə RAZILAŞDI - NƏLƏR VAR?

ABŞ və İsrail liderləri Donald Tramp və Benyamin Netanyahu arasında keçirilən telefon danışığında Qəzza zolağında hərbi əməliyyatların yaxın iki həftə ərzində dayandırılması barədə razılıq əldə olunub.

Musavat.com xəbər verir ki, Israel Hayom nəşrinin məlumatına görə, bu razılaşma ABŞ-ın İranda yerləşən nüvə obyektlərinə zərbələr endirməsindən dərhal sonra əldə olunub.

Müvafiq plana əsasən, Qəzza zolağındakı vəziyyətin sabitləşdirilməsi üçün anklavın idarəçiliyi dörd ərəb ölkəsinə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Misirə həvalə olunacaq. Eyni zamanda, HƏMAS qruplaşmasının rəhbərliyi bölgədən çıxarılacaq, bütün girovlar azad olunacaq. Qəzzanı tərk etmək istəyən sakinlərin yerləşdirilməsi üçün isə bir neçə ölkə razılıq verib.

Plan həmçinin diplomatik müstəvidə də ciddi dəyişikliklərə yol aça bilər. Belə ki, Səudiyyə Ərəbistanı və Suriya da “Əbraham Sülh Sazişləri”nə qoşulmağa hazır olduqlarını bildiriblər. İsrail tərəfi Fələstinlə “iki dövlət” prinsipinə əsaslanan həll yolunu qəbul edəcəyini bəyan etsə də, bu addım Fələstin Muxtariyyatında ciddi islahatların aparılması şərtilə həyata keçiriləcək. ABŞ isə qarşılığında Yəhuda və Samariyada – İordan çayının qərb sahilindəki bir sıra yaşayış məntəqələri üzərində İsrailin qismən suverenliyini tanımağa razılıq verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR