İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Çaddakı sonuncu hərbi bazadan da qovuldu

Fransa silahlı qüvvələri Çad Respublikasındakı son hərbi bazasını ölkə ordusuna təhvil verib.

Musavat.com xəbər verir ki, məlumatı Le Figaro yayıb. Nəşr hər iki ölkənin Baş Qərargahının Afrika dövlətində fransız qoşunlarının “tarixi mövcudluğuna” son verən “ciddi hərbi mərasimdən sonra” xüsusi bəyanatla çıxış etdiklərini yazır.

Çad ordusunun Baş Qərargahı bildirib ki, ölkənin paytaxtı N'Djamenadakı bazanın təhvil verilməsi Çadın "yüksək hakimiyyət orqanlarının iradəsinə uyğun olaraq" Fransa hərbi mövcudluğunun son sona çatdığını göstərir.

Onilliklər ərzində Çadda yerləşən Fransız qırıcılarının bir hissəsi 2024-cü ilin dekabrında ölkəni tərk edəndə Ouest-France qəzeti yazırdı: “Çad Fransanın Afrikadakı hərbi mövcudluğunun əsas həlqəsi, Fransa ilə hərbi əməkdaşlığı dayandıran Mali, Burkina Faso və Nigerdən qoşunlarını çıxartdıqdan sonra Parisin Saheldəki son dayağı idi”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR