İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır

Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını Helsinkidən göndərmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Finlandiya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

“Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır”, - mətndə deyilir. Bəyanata görə, Finlandiya onları kəşfiyyat fəaliyyətində ittiham edir.

“Finlandiya Xarici İşlər Nazirliyi bu barədə Rusiya səfirini məlumatlandıracaq”, - məlumatda deyilir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın Moskvadakı səfiri Antti Helanteryaya qarşılıqlı şəkildə konsulluqların ixtisar ediləcəyi barədə məlumat verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR