İnsanlara hürriyət, millətlərə istiqlal!

Ferdi Tayfurun milyonluq mirası məhkəməlik oldu – Ailədə böyük QALMAQAL

Mərhum sənətçi Ferdi Tayfurun vəsiyyətnaməsi ilə bağlı ikinci məhkəmə prosesi Marmarisdə keçirilib.

Mirasın sosial qurumlara verilməsi sənətkarın övladlarının etirazına səbəb olub və məsələ məhkəməyə daşınıb. 

Musavat.com “Haberler.com”a istinadən xəbər verir ki, Marmaris 1-ci Sulh Hüquq Məhkəməsində keçirilən prosesdə mirasçılardan bəziləri və onların vəkilləri iştirak ediblər.

Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələri (TSK), Darüşşəfaka Cəmiyyəti və LÖSEV (Leykozlu Uşaqlara Dəstək Fondu) təmsilçiləri və hüquqi nümayəndələri də prosesdə iştirak ediblər.

Məhkəmə hakimi dosyedəki irad və tələbləri müəyyən etmək məqsədilə mirasçılara və onların vəkillərinə suallar ünvanlayıb. Mirasçılar və vəkillər əvvəlki məhkəmə iclasında verdikləri bəyanatların qüvvədə olduğunu bildiriblər. Ardıcıl baxılan üç işdən biri üzrə qərar verilib, digərinin iclası isə 28 maya təxirə salınıb.

Qeyd edək ki, 5 fevralda keçirilmiş ilk məhkəmə iclasında Ferdi Tayfurun İstanbulun Fatih rayonu və Muğlanın Marmaris rayonundakı əmlaklarını Darüşşəfaka Cəmiyyətinə, Bolunun Mudurnu rayonundakı dörd əmlakını Türkiyə Silahlı Qüvvələrinə, Yalovadakı səkkiz villanı isə LÖSEV-ə vəsiyyət etdiyi açıqlanmışdı.

Vəsiyyətnaməyə əsasən, Ferdi Taha Tayfur, Ulaş Dınız, Derin Dınız, Zeynəb Doğrul, Can Doğrul, Nəfəs Lila Gözalıcı, Şirin Gözalıcı, Ferdi Tayfur Turanbayburt, Buse Turanbayburt və Emirhan Turanbayburt digər daşınmaz əmlaklara varis göstəriliblər. Sənətçinin musiqi əsərləri və müəllif hüquqları isə Nilüfər Turanbayburta vəsiyyət olunub.

Ferdi Tayfurun övladları Timur Turanbayburt və Tuğçə Tayfur Aydının vəkili Edanur Yıldız Ülker jurnalistlərə açıqlamasında bildirib:

“Vəsiyyətnamənin ləğvi üçün ayrıca məhkəmə iddiası qaldırmışıq. Bundan əlavə, yeni bir hüquqi proses də başlayacaq. Miras hüququ çərçivəsində qorunan payların pozulması ilə bağlı da ayrıca iddia irəli sürəcəyik. Tuğçə xanım hamilə olduğu üçün bu dəfə məhkəmədə iştirak edə bilmədi. İnşallah növbəti iclasda iştirak edəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR