İnsanlara hürriyət, millətlərə istiqlal!

Federasiya prezidenti qadın futbolçunu dodağından öpdü, sonra isə... - SKANDAL

İspaniyanın baş naziri Pedro Sançes İspaniyanın qadınlardan ibarət milli futbol komandasının futbolçusu Cenni Hermoso ilə öpüşən İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesə qarşı sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, baş nazir RFEF prezidentinin istefasını tələb edib.

"Gördüklərimiz məqbul bir hərəkət deyil. Bu hadisədən sonra Rubialesin üzr istəməsi kifayət etmir” – o deyib.

Qeyd edək ki, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales Qadınlar arasında Dünya Kubokunun final oyunundan sonra ispaniyalı futbolçu Cenni Hermosonu dodaqlarından öpmüşdü.

Musavat.com sözügedən görüntüləri təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR