İnsanlara hürriyət, millətlərə istiqlal!

Fars deputat Pezeşkianı Azərbaycanla bağlı etiraflarına görə hədəfə aldı: “İsrail bir gün Azərbaycan xalqını da məhv edəcək”

İran parlamentinin tanınmış mühafizəkar deputatı, Tehrandan seçilmiş Həmid Rəsai prezident Məsud Pezeşkianın Azərbaycanla bağlı son açıqlamalarına qarşı sərt mövqe nümayiş etdirib.

Musavat.com xəbər verir ki, deputat hesab edir ki, Pezeşkianın fikirləri İranın milli maraqlarına və “düşmənlərin” planlarına xidmət edir.

İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri zamanı verdiyi açıqlamada açıq şəkildə etiraf etmişdi:

Millət vəkili Pezeşkianı daşqalaq etdi: “Niyə Bakıda “Yaşasın Azərbaycan!”ı  eşidəndə…” » Son xəbərlər,Azərbaycanda və Dünyada ən aktual hadisələr  1Xeber.media Xəbər Saytında

“Əgər biz Azərbaycanla dost ola bilmiriksə və bizim yerimizə bunu İsrail edirsə, deməli, günah özümüzdədir.”

Bu, İran prezidentindən gələn ilk bu cür açıq və tənqidi etiraf idi. Pezeşkian qeyd etmişdi ki, İsrail minlərlə kilometr uzaqlıqdan gəlib Azərbaycanla dostluq qurursa, lakin İran kimi qonşu ölkə bu əlaqəni qura bilmirsə, problem Tehranın özündədir.

O, Azərbaycanla münasibətlərin pozulmasının məsuliyyətini İranın daxili siyasi dairələrinin – xüsusilə də mühafizəkarlar, SEPAH və ideoloji təbliğat aparan media orqanlarının üzərinə qoymuşdu.

Prezidentin yanaşması onun qonşularla əməkdaşlığa əsaslanan yeni xarici siyasət kursunun bir hissəsi kimi görünür.

Lakin bu fikirlər İran daxilində, xüsusilə də mühafizəkar dairələrdə ciddi narazılıq yaradıb. Fars mənşəli mühafizəkar deputat Həmid Rəsai Pezeşkianı sərt şəkildə tənqid edərək bildirib:

“Cənab Pezeşkian, açıqlamalarınızda ehtiyatlı olun. Düşmənlərə bəhanə verməyin. Zəncana səfəriniz zamanı söylədikləriniz İran və Azərbaycanın bədxahlarının dəyirmanına su tökür.”

Deputat hesab edir ki, bu bəyanat İranı ittiham edir və Azərbaycanı İsraillə eyniləşdirərək ölkənin ali maraqlarına zərbə vurur. O, daha da irəli gedərək belə deyib:

“İsrail necə ki Təbrizdə 60 nəfəri öldürüb, bir gün Azərbaycan xalqını da məhv edəcək.”

Rəsai həmçinin Pezeşkianın səfərlərində onu “Yaşasın Azərbaycan” şüarı səsləndirən şəxslərin müşayiət etməsindən narahatlığını ifadə edib. Onun fikrincə, prezidentin bu cür yanaşmaları xarici təsirlərə boyun əyməkdir və bu, İran dövlət başçısına yaraşmaz.

Əslində Rəsainin ritorikasının özü “düşmənlərin dəyirmanına su tökür”. Azərbaycanla münasibətlərin pozulmasında günahkar kimi İsraili, ABŞ-ı və ya digər xarici gücləri göstərmək əvəzinə, Pezeşkian ilk dəfə olaraq məsuliyyəti öz ölkəsinin daxili siyasətinə, xüsusilə də SEPAH-ın və ideoloji dairələrin destruktiv davranışlarına yönəldib.

Lakin bu cür dürüst və açıq etiraflar Tehran rejiminin sərt mühafizəkar qanadı üçün qəbuledilməz görünür. İranın “dərin dövləti” — SEPAH, ideoloji media və onların nəzarətində olan deputatlar — Azərbaycanla real və səmimi münasibət qurulmasını istəmir. Onlar üçün Cənubi Qafqazda sabitlik və mehriban qonşuluq siyasəti deyil, təxribat, təzyiq və hegemonluq siyasəti əsas prinsip olaraq qalır.

Məsud Pezeşkian prezident olaraq ilk dəfədir ki, İran-Azərbaycan münasibətlərinin pozulmasına görə öz ölkəsinin səhvlərini dilə gətirir. Bu, həm də Tehran rejiminin daxili parçalanmasını və fərqli siyasi cəbhələrin mövcudluğunu göstərir.

İndi isə bu etirafa görə hücum altındadır. Bütün arqumentlər göstərir ki, Pezeşkianın sülh və mehriban qonşuluq cəhdləri daxildə əngəllənir, çünki həmin dairələr üçün Azərbaycan sadəcə qonşu deyil — ideoloji düşmən və regiondakı rəqib türk dövlətdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR