İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın silahlandırılması danışıqlar prosesini pozur - ŞƏRH

“Son illər Fransa və Ermənistan arasında hərbi müstəvidə əlaqələr xeyli dərinləşib. Yalnız bir faktı qeyd edim ki, 2023-cü ilin oktyabr ayından bu günə qədər hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi əməkdaşlıqla bağlı 3 saziş imzalanıb”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli deyib. M.Məmmədli qeyd edib ki, hərbi əməkdaşlığın bir çox elementi var: “Əsas element Fransanın Ermənistanı silahlandırmasıdır.

Məqsəd ilk növbədə Ermənistan vasitəsilə regionda möhkəmlənmək, geosiyasi maraqları təmin etməkdir. Təəssüf ki, Fransanın bu siyasəti Ermənistanın qeyri-konstruktiv, pozucu mövqeyini gücləndirir. Hər zaman qeyd etdiyimiz kimi, iki ölkə arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Davamlı sülh əldə olunmayıb. Belə bir dövləti silahlandırmaqla Ermənistanın həm Azərbaycanla danışıqlar prosesində pozucu mövqeyi güclənir, həm də Ermənistan daxilində revanşist mövqenin artmasına rəvac verilir. Birmənalı olaraq Fransanın Ermənistanı silahlandırması regionun təhlükəsizlik mühitinə neqativ təsir göstərir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR