İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın mina terroru davam edir- Daha 2 günahsız can alındı

 

 

Ermənistanın Azərbaycan torpaqlarında xəritəsiz, vəhşicəsinə basdırdığı minalar günahsız vətəndaşlarımızın canını almaqda davam edir.

Bu gün Azərbaycan ordusu tərəfindən darmadağın edilən Ermənistanın hərbi qüvvəsi qınına çəkilsə də, təxribatlar ara vermir. Xüsusilə də müharibə qanunlarının ciddi şəkildə pozulması ilə yaşayış yerlərinə, qəbiristanlıqlara, yollara basdırılan minalar nə qədər təmizlənsə də, hələ də bitmək bilmir.

Bu gün də Ağdamda iki nəfər minaya düşərək həlak olub.

DİN-in Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, hadisə rayonun Yusifcanlı kəndində baş verib.

Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur.

Bu günlərdə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, 2020-ci il müharibəsinin əvvəlindən mina səbəbindən ölən və yaralananların sayı 284-ə yüksəlib.

Ölkə Prezidenti İlham Əliyev də bu il martın 2-Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Korosini qəbul edərkən bu məsələyə toxundu. Dövlət başçısı qeyd etdi ki, müharibənin başa çatmasından sonra - 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımız mina partlaması səbəbindən həlak olub və ya yaralanıb.

Lakin təəssüf ki, hələ də beynəlxalq tərəfdaşlar Ermənistanın bu terroruna biganə qalır. Hələ bütün bunların fonunda Fransa kimi Ermənistanı müdafiə edən, onların guya blokadada qalmasını deyən, prosesi qızışdıran dövlətlər də var.

Təəssüf ki, həmin dövlətlər hər zaman haqq və ədalətdən, insan hüquqlarından, sülh və demokratiyadan danışırlar. Ancaq Ermənistanın 30 illik işğalının ardınca mina terroru əsdirməsinə qarşı reaksiya vermirlər. Əslində, dəyişən bir şey yoxdur. 30 ildir susanlar indi də bütün bunları görməzdən gəlirlər. Məsələ bundadır ki, bu dövlətlər Azərbaycanın haqq işində apardığı mübarizəyə qarşı çıxıb, ikilistandartlar sərgiləyiblər. 

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda baş vermiş mina hadisəsi ilə bağlı açıqlama verib.

Qurumun Mətbuat xidmətindən Musavat.com-a daxil olan məlumatda bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi mina terrorunun təzahürüdür:

 “Unutmayın, məsuliyyətli və diqqətli davranaraq, baş verə biləcək mina hadisələrindən qorunmuş olarıq! ANAMA bir daha vətəndaşlara müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə çağırır".

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR