Onlayn ictimai-siyasi qəzet
Ermənistanda respondentlərin əksəriyyəti hərbi-siyasi dəstək gözləyə biləcəkləri ölkə kimi Fransanın adını çəkir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu GELLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin apardığı sorğunun nəticələri göstərib.
Respondentlərin 41,1%-i bu məsələdə Fransaya üstünlük verdiklərini bildiriblər. Bu da Fransa üçün ilin əvvəlində aparılan sorğuların nəticəsindən (2023-cü ilin yanvarında 34,2%, 2023-cü ilin iyulunda 19,6) xeyli yüksəkdir.
Noyabr sorğusunun nəticələrinə əsasən, ermənilərin yalnız 14,4%-i Rusiyaya ümid bəslədiyini ifadə edib. Halbuki 2023-cü ilin yanvarında bu rəqəm 30,0%, 2023-cü ilin iyulunda isə 19,5% civarında olub.
Son sorğu İrana olan ümidlərin də xeyli zəiflədiyini üzə çıxarıb. Əgər ilin əvvəlində respondentlərin 40,1%-i İranın hərbi-siyasi yardımına ümid edirdisə, indi bu rəqəm iki dəfədən çox (18,7 %) azalıb. Ermənistanda ABŞ-a inam ifadə edənlər 23%, Hindistana güvənənlər isə 21.5% civarında qalıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ