Onlayn ictimai-siyasi qəzet
Müğənni Xuraman Şuşalı “Kəndə gedək” klipini təqdim edib.
Musavat.com xəbər verir ki, musiqisi Ruslan Səfəroğlu, sözləri Ramin Ədalətoğluna məxsus bəstəyə Elçin Məmmədov ekran həyatı verib.
Layihə Xuraman Şuşalının yaradıcı fəaliyyətində kənd həyatına, sadəliyə və milli duyğulara vurğu edən növbəti addım kimi qiymətləndirilir. Klipin görüntülərində təbiət mənzərələri, kənd həyatı və xalqımızın adət-ənənələri ön plana çəkilib.
Layihə ilə bağlı danışan müğənni Xuraman Şuşalı bildirib ki, bu klip onun üçün təkcə bir musiqi işi deyil, həm də uşaqlıq illərinə, ana yurduna bir səyahətdir:
“Mən Şuşada doğulmuşam. Kənd həyatına xüsusi sevgim var. Bu layihə ilə həm öz ruhumu kəndə qaytardım, həm də izləyicilərimi oraya aparmaq istədim. Mahnının sözləri, musiqisi və klipdəki vizuallar bu hissləri çox gözəl çatdırır.”
Müğənni bu işin ərsəyə gəlməsində əməyi keçən bütün yaradıcı heyətə təşəkkürünü bildirib.
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ