İnsanlara hürriyət, millətlərə istiqlal!

Hraparak: Paşinyan ona qarşı konsensus formalaşdığını anlayıb

Artıq bir neçə gündür ki, Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasında “Səfərbərlik N1” elan olunub – hər kəs arxiyepiskop Baqratın çevriliş planını tənqid etməli, Samvel Karapetyan və Mikael Acapaxyanın həbslərini bu çərçivəyə daxil etməlidir. Bu zəncirvari hücum kampaniyasına həmin şəxsləri müdafiə etməyə çalışanlar da daxil edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia yerli “Hraparak” qəzeti tərəfindən səslənib.

Qəzetin iddiasına görə, Paşinyan özünə qarşı siyasi konsensusun formalaşdığını anlayıb və nə Kilsəyə qarşı kampaniyanı, nə də Samvel Karapetyanla ruhanilərin həbslərini həzm edə bilmir. “4 iyulda Karapetyanın müdafiəsi üçün elan olunan yürüş isə onu tamamilə şoka salıb. Çünki bu yürüşdə müxtəlif siyasi qüvvələrin, o cümlədən Paşinyanın keçmiş komanda yoldaşlarının da iştirak edəcəyi gözlənilir”, -deyə, yazıda qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR