İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

O, Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun "Dinamo Minsk" və Bolqarıstanın "Ludoqorets" komandaları arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi olacaq.

İyulun 16-da Macarıstanın Mezököveşd şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, komandaların ilk oyunu iyulun 9-da Bolqarıstanda keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR