İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sarkisyana ağır zərbə - Yeni ittiham irəli sürüldü

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı külli miqdarda rüşvət alma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı ittiham irəli sürülüb.

Milli.Az bu barədə "Armenia Today" portalına istinadən xəbər verir.

Ermənistanın Antikorrupsiya Komitəsindən verilən məlumata görə istintaq zamanı müəyyən edilib ki, Sarkisyan 2000-2018-ci illərdə müdafiə naziri, baş nazir, prezident və yenidən hökumət rəhbəri vəzifələrində çalışdığı müddətdə dövlət məmurlarının sahibkarlıq fəaliyyəti qadağasına baxmayaraq, öz nüfuzundan istifadə edib və etibar etdiyi şəxslər vasitəsilə kommersiya qurumları yaradıb.

Bu müəssisələr arasında Ararat vilayətində, xarici investisiyalar hesabına tikilən bitum zavodu da yer alıb.

Faktlarla bağlı cinayət işi artıq Antikorrupsiya Məhkəməsinə göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR