Onlayn ictimai-siyasi qəzet
Azərbaycan tərəfi ölkədə saxlanılan Rusiya vətəndaşlarına konsulluq yardımı göstərilməsi üçün rusiyalı diplomatların onlarla görüşünə razılıq verib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlama verib.
“Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşına konsulluq əməkdaşlarının çıxışı razılaşdırılıb,” – deyə Zaxarova bildirib.
Zaxarova bildirib ki, Rusiya və Azərbaycan münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır və bundan xoşu gəlməyən qüvvələr mövcuddur.
Rusiya XİN-in sözçüsü qeyd edib ki, diplomatik nümayəndələr bu şəxslərlə hüquqi və konsulluq məsələlərinin həlli məqsədilə görüşlər keçirəcəklər. Onun sözlərinə görə, Rusiya tərəfi vətəndaşlarının hüquqlarının qorunması üçün bütün lazımi addımları atır və bu məsələni diqqətdə saxlayır.
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ