Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Mers Avropanın təhlükəsizliyi sahəsində ABŞ-dan asılılığının artıq keçmişdə qaldığını bəyan edib.
Musavat.com xəbər verir ki, o, bu fikri Almaniya Banklar İttifaqının iclasında çıxışı zamanı səsləndirib.
Kanslerin sözlərinə görə, Avropa artıq öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı, ABŞ-a arxalanmaqdan imtina etməlidir: “Biz artıq Amerikanın təhlükəsizlik arxitekturasının ‘nahəlbəni’ deyilik. Almaniyanın öz gücü, imkanları və resursları var ki, özü-özünə kömək etsin”.
Mers Avropa liderlərini birləşməyə və qitənin təhlükəsizliyi məsələsində məsuliyyəti öz üzərlərinə götürməyə çağırıb. O vurğulayıb ki, Almaniya dövləti elə başlanğıcdan öz məsuliyyəti üzərində qurulub.
“Biz rifaha nail olduq. Bu, sadəcə iqtisadi möcüzə deyildi – bu, ağıllı siyasətin, düzgün və ən başlıcası normativ qərarların nəticəsi idi”, – deyə Mers əlavə edib.
Fridrix Mers həmçinin bildirib ki, Avropa artıq ABŞ-ın regiondakı iştirakının tədricən azalmasına hazır olmalıdır.
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ