İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski və Tramp 4 iyulda bəzi silah tədarüklərinin dayandırılmasını müzakirə edəcəklər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında 4 iyul tarixində telefon danışığı baş tutacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb və mənbələrə istinadən bildirib ki, əsas müzakirə mövzusu bəzi silah kateqoriyalarının Ukraynaya tədarükünün dayandırılması olacaq.

Mənbələrin bildirdiyinə görə, danışıqlar çərçivəsində Tramp administrasiyasının Ukraynaya hərbi yardım siyasətində mümkün dəyişikliklər və bu dəstəyin davam etdirilib-etdirilməyəcəyi məsələləri müzakirə olunacaq.

Qeyd olunur ki, Tramp administrasiyası bəzi silah kateqoriyalarının tədarükünü müvəqqəti dayandırmaq qərarı verə bilər. Bu isə Ukraynanın müdafiə qabiliyyətinə təsir göstərə biləcək mühüm məsələ kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR