İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə rəhbəri vətəndaşı DÖYDÜ - ANBAAN GÖRÜNTÜLƏR

İrəvanın Nor-Nork inzibati dairəsində yerləşən bələdiyyə binasında dava baş verib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Hadisənin iştirakçıları arasında rayon rəhbəri Tigran Ter-Marqaryan və onun əməkdaşları, qarşı tərəfdə isə vətəndaş Artur Çaxoyan olub.

Məlumata görə, hadisənin əsası bir gün əvvəl qoyulub. Belə ki, Artur Çaxoyan, Tigran Ter-Marqaryanın onu telefonla təhqir etdiyini iddia edərək, onunla görüş tələb edib. Lakin bu görüş baş tutmayıb. Bunun əvəzinə Çaxoyan, müxalif "Ana Ermənistan" hərəkatının təmsilçisi Mesrop Manukyanla birlikdə rayon administrasiyasının binasında etiraz aksiyası keçirib.

Növbəti gün (bu gün) Çaxoyan yenidən bələdiyyəyə gəlib və rayon rəhbəri ilə münasibətləri aydınlaşdırmaq istəyib. Binada onu Tigran Ter-Marqaryan və bir neçə bələdiyyə əməkdaşı qarşılayıb. Qısa müddətli mübahisədən sonra fiziki qarşıdurma baş verib.

Hadisə ictimaiyyətdə böyük rezonans doğurub. Sosial şəbəkələrdə yayılan görüntülərdə məmurların fəala fiziki güc tətbiq etməsi açıq şəkildə görünür.

Bildirilir ki, artıq Ermənistanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı “qrup şəklində fiziki zorakılıq” maddəsi ilə cinayət işi açıb.

Məlumata görə, istintaqa Tigran Ter-Marqaryan və üç əməkdaşı cəlb olunub.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR