İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kəpəz"də Azər Bağırovu rumıniyalı çalışdırıcı əvəz edə bilər

"Kəpəz" klubunun rəsmiləri komandanın sükanını Azər Bağırovun əvəzinə rumıniyalı çalışdırıcı Mirça Rednikə həvalə etmək niyyətindədirlər.

Musavat.com "Apasport"a istinadən xəbər verir ki, Gəncə təmsilçisi artıq rumıniyalı mütəxəssislə əlaqəyə keçib.

Bildirilir ki, Rednik özü də Azərbaycana qayıtmağa müsbət yanaşır. Hətta təcrübəli məşqçinin "Kəpəz"ə "gələrəm" dediyi də məlum olub.

Amma əsas məsələ maliyyə şərtləridir. Rednik yalnız nəzərdə tutduğu heyəti yığmaq üçün tələb olunan büdcənin ayrılacağı təqdirdə Gəncə klubuna gəlməyə razıdır.

Qeyd edək ki, 63 yaşlı məşqçi ölkə xaricində "Ən-Nəsr", "Əl-Faysali" (hər ikisi Səudiyyə Ərəbistanı), "Alaniya" (Rusiya), "Gent", "Standart" və "Muskron"u (hamısı Belçika) çalışdırıb. Hazırda isə Rednik "UTA Arad"ın baş məşqçisi postundadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR