İnsanlara hürriyət, millətlərə istiqlal!

Keniyada müxalifətçi deputat silahlı hücum nəticəsində qətlə yetirildi

Keniya parlamentinin müxalifətdən olan deputatı Çarlz Onqondo Vere paytaxt Nayrobi küçələrində motosikletdə olan silahlı şəxslər tərəfindən güllələnib. Silahlı hücumun qətl məqsədilə törədildiyi güman edilir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə BBC nəşri məlumat verib.

Məlumata görə, hücum hadisəsi Nqonq-roudda yol polisi əməkdaşlarının tez-tez patrul həyata keçirdikləri və müşahidə kameraları tərəfindən ciddi şəkildə qorunan sıx dairəvi yolun yaxınlığında baş verib.

Deputatın sürücüsü və cangüdəni xəsarət almayıblar və dərhal onu Nayrobi xəstəxanasına çatdırıblar, lakin Çarlz Onqondo Verenin həyatını xilas etmək mümkün olmayıb.

Polisin bildirdiyinə görə, hücum edənlər əvvəlcə Çarlz Onqondo Verenin avtomobilini təqib ediblər, daha sonra onlardan biri motosikletdən düşüb və deputata yaxın məsafədən atəş açıb.

"Bu cinayət mahiyyət etibarilə həm məqsədyönlü, həm də əvvəlcədən müəyyən edilmiş şəkildə törədilib", - deyə polis nümayəndəsi Muçiri Nyaqa qeyd edib.

Yerli KİV-in xəbərinə görə, iki ay əvvəl müxalifətçi deputat həyatı üçün təhlükənin olduğundan şikayət edib.

Prezident Uilyam Ruto polisə hücumla bağlı hərtərəfli təhqiqat aparmağı əmr edib.

"Təqsirkarlar məsuliyyətə cəlb olunmalıdırlar", - deyə Uilyam Ruto vurğulayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR