Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.
Musavat.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. O bildirib ki, Qaradağ RPİ əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət olunub. Xanımın hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib.
"Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb.
Vətəndaşlara tövsiyə edirik ki, faktsız, əsası olmayan məlumatları paylaşmaqdan çəkinsinlər, şübhə doğuran hallar varsa, dərhal polisi məlumatlandırsınlar".
Şahanə Rəhimli
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ