Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Qüvvələri (TsAXAL) Livanın cənubunda “Hizbullah” qruplaşmasının iki üzvünü zərərsizləşdirdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat ordunun rəsmi bəyanatında yer alıb.
Bəyanata əsasən, “Hizbullah”ın xüsusi təyinatlı “Radvan” dəstəsinin üzvü Mays-əl-Cəbəl bölgəsində dron zərbəsi ilə məhv edilib.
Hərbi komandanlıq bildirib ki, həmin şəxslərdən biri İsrail sərhədi yaxınlığında kəşfiyyat məlumatları toplayırmış və onun fəaliyyəti təhlükə mənbəyi kimi qiymətləndirilib.
İsrail ordusunun məlumatına görə, əməliyyatlar Livanda mövcud olan “Hizbullah” infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı tədbirlərin bir hissəsidir.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ