Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda rayonlardan birində ata 6 yaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Azyaşlının məruz qaldığı zorakılığın üstü məktəbdə sinif yoldaşlarına danışması ilə açılıb.
Musavat.com xəbər verir ki, 54 yaşlı şəxs 6 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edib.
Azyaşlı bu barədə məktəbdə sinif yoldaşlarına danışıb. Bundan xəbər tutan direktor məktəbin psixoloqu vasitəsi ilə azyaşlı ilə söhbət aparıb. Söhbət zamanı azyaşlı başına gələnləri danışıb. Bu barədə polisə məlumat verilib.
54 yaşlı şəxs istintaqdakı ifadəsində əməlini etiraf edib. Bildirib ki, bu hərəkətləri niyə etdiyini bilmir. O, həyat yoldaşı ilə yaxınlıq edə bilmədiyi üçün bu əməli törətdiyini deyib. Əlavə edib ki, bu hərəkətləri edən zaman düşünürmüş ki, qarşısında olan həyat yoldaşıdır.
Təqsirləndirilən şəxs məhkəmədə dindirilən zaman əməlini etiraf edib. Sonrakı ifadəsində isə fərqli ifadə verib və bu hərəkətləri etmədiyini söyləyib. O, məhkəmədə sualları cavablandıran zaman bir neçə dəfə əməlini etiraf edib, bir neçə dəfə də inkar edib. Onun əqli problemlərinin olmasılə bağlı şübhələr yaranıb və ekpertiza təyin edilib. Ekspertiza rəyində onun əqli geriliyinin olduğu müəyyən edilib. Lakin rəydə o da qeyd edilib ki, təqsirləndirilən şəxs onda müəyyən edilən əqli geriliklə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olub.
Məhkəmədə azyaşlı dindrilən zaman atasından şikayətçi olmadığını deyib. Lakin onun da istintaq zamanı atasının əməllərini etiraf etdiyi müəyyən edilib.
Azyaşlının anası dindirilən zaman deyilənlərin həqiqət olmadığını söyləyib. Lakin məhkəmədə məlum olub ki, azyaşlının anası istintaq zamanı etirafedici ifadə verib və sonuncu dəfə ərinin qızına qarşı qeyri-etik hərəkətlər etdiyini gözü ilə gördüyünü deyib. O, bu ziddiyyəti izah edən zaman bildirib ki, ərinin azadlığa buraxılması üçün deyilənləri imzalayıb. Onun sözlərinə görə ərinin etirafedici ifadə verməsinin səbəbi onun əqli geriliyinin olması ilə bağlıdır.
Məhkəmədə azyaşlının təhsil aldığı məktəbin əməkdaşları da ifadə verib. Onlar azyaşlının uşaqlar arasında danışdıqları əsasında araşdırma apardıqlarını və bu barədə polisə məlumat verdiklərini deyiblər. Məktəb əməkdaşlarından biri ifadəsində azyaşlının anasının qardaşları tərəfindən təhdid edildiyini də açıqlayıb.
Məhkəmə təqsirləndirilən şəxsi azyaşlı qızına qarşı törətdiyi əməllərdə təqsirli bilib və ona 17 il azadlıqdan məhrum etmə cəzası təyin edib.
İ.Muradov
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ