İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon ABŞ ordusunda irimiqyaslı islahatlara start verdi – Hədəfdə Çin də var


ABŞ Müdafiə Nazirliyi ölkə ordusunda genişmiqyaslı islahatlara başlamağa qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə müdafiə nazirliyinin saytında dərc olunan rəsmi memoranduma istinadən məlumat yayılıb.

Memoranduma əsasən, ABŞ-ın ordu naziri 2027-ci ilə qədər hərəkətdə olan quru və dəniz hədəflərini vura bilən uzaqmənzilli raketlərin silahlanmaya daxil edilməsini təmin etməlidir.

Sənəddə göstərilən digər əsas hədəflərə 2026-cı ilə qədər hər bir diviziyaya pilotsuz sistemlərin və hücum vasitələrinin çatdırılması, 2027-ci ilə qədər süni intellektə əsaslanan qoşun idarəetmə sisteminin tətbiqi, eləcə də 2028-ci ilə qədər kifayət qədər sursat ehtiyatlarının istehsalı üçün sənaye bazasının modernləşdirilməsi daxildir.

Pentaqon rəhbəri Pit Heqset həmçinin köhnəlmiş silah sistemlərinin alınmasının dayandırılmasını, “effektsiz və ya artıq olan” proqramların ləğv və ya azaldılmasını, ordunun ehtiyatlarının strateji ehtiyaclara uyğun optimallaşdırılmasını və israfçılığa yol açan müqavilələrdən imtinanı tapşırıb.

Heqsetin göstərişində ordunun restrukturizasiyasında əsas prioritetlərdən biri kimi Sakit okean regionunda Çinin qarşısının alınması və ABŞ ərazisinin müdafiəsi üçün qüvvələrin  yenidən strateji qruplaşdırılması göstərilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR