İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT: Sudanda üç həftəyə 500-dən çox dinc sakin öldürülüb

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Sudanın Şimali Darfur bölgəsində son üç həftə ərzində azı 542 dinc sakin öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk açıqlama verib.

Türkün sözlərinə görə, əslində real itki sayı daha yüksək ola bilər. O, bölgədə baş verənləri “sərhəd tanımayan dəhşət” adlandırıb.

Darfur regionu hazırda Sudan ordusu ilə Sürətli Reaksiya Qüvvələri (RSF) arasında gedən vətəndaş müharibəsinin əsas cəbhələrindən birinə çevrilib. Xüsusilə Əl-Faşir şəhəri ətrafında vəziyyət kritikləşib – yarımhərbi qüvvələr həm şəhərə, həm də oradakı qaçqın düşərgələrinə hücumlar həyata keçirib.

Eyni zamanda Xartum və Omdurman şəhərlərində də kütləvi məhkəməsiz edam hallarının baş verdiyi barədə məlumatlar yayılıb.

BMT beynəlxalq ictimaiyyəti dinc əhalinin dərhal qorunmasına və silahlı qarşıdurmanın dayandırılmasına çağırır. Təşkilat bildirir ki, bu münaqişə on minlərlə insanın həyatına son qoyub və dünyada ən böyük humanitar böhranlardan birinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR